Prezident işə piyada getmək qərarına gəlib

Maraqlı 17 İyul 2017 16:34 Oxunub 8328
Prezident işə piyada getmək qərarına gəlib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident Administrasiyası məmurlara da böyük “Jeep”lərdən və digər dəbdəbədən imtina edəcəyinə ümid bəsləyir

Monqolustanın yeni prezidenti Xaltmaagiyn Battulqa parlamentin sədri və baş nazirin yaşadığı evlərin yaxınlığında yerləşən “İx Tenger” prezident iqamətgahında yaşamaqdan imtina edib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, son 63 ildir Monqolustanın bütün başçıları xüsusi qorunan Boqd-Xan-Uul dağında yerləşən ərazidə yaşayıblar. Prezident X.Battulqa Mərkəzi poçtun yaxınlığında yerləşən və o qədər də böyük olmayan evdə yaşamaq qərarına gəlib. Dövlət başçısı işə 400 metrlik məsafəni piyada getmək istəyir. Ölkənin Prezident Administrasiyası bir çox məmurların da böyük “Jeep”lərdən və digər dəbdəbədən imtina edəcəyinə ümid bəsləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh