"Porcshe" sürücüsü kəmərə görə 6 ayda 8 dəfə cərimələndi - 002

Avtoxəbər 17 İyul 2017 17:23 Oxunub 6122
"Porcshe" sürücüsü kəmərə görə 6 ayda 8 dəfə cərimələndi - 002
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisindən şikayət edən sürücü qırmızı işıqdan keçməyə görə cərimə edilib

İki gün əvvəl Cəlilabad rayonu Axundov küçəsi 46 nömrəli evdə yaşayan Azər İbrahimov rayon Polis İdarəsinin rəisini birinci müavini Mehman Abışovdan şikayət etmişdi. Pressclub.az-a müraciət edən rayon sakini bildirib ki, M.Abışov onun oğlanlarına avtomobil idarə etməyə imkan vermir və heç bir əsas olmadan cərimə yazdırır: “Oğlum Nizami İbrahimov 90 LP 002 dövlət nömrə nişanlı, “Porcshe” markalı avtomobilimizlə çayxanada dostları ilə çay içərkən DYP əməkdaşları, yanlarında Post Patrul Xidmətinin əməkdaşları ilə çayxanaya gəliblər. Onlar bildiriblər ki, avtomobil cərimə meydanına aparılmalıdır. Oğlum səbəbini soruşub. Deyiblər ki, maşının “katalizator”u var. Amma bizim maşın istehsalda necədir, o cürdür, yəni avtomobilə əlavə heç nə qoşulmayıb. Oğlum bununla bağlı gedib idarəyə ki, məsələni aydınlaşdırsın. Sübuta yetirəndə ki, maşına heç nə əlavə vasitə quraşdırılmayıb, rəis müavini deyib ki, əslində sən yolu işıqforun qırmızı işığında keçmisən. Oğlum da bildirib ki, əgər qırmızı işıqda yolu keçmişəmsə, o zaman görüntünü mənə göstərin. Bu zaman rəis müavini Abışov hirslənib, oğlumun üstünə qışqırıb və otağından qovub. Sonra isə DYP əməkdaşları gedib rəis müavininin otağına, qayıdıb oğluma deyiblər ki, Mehman müəllim deyir ötmə əməliyyatını düzgün keçməməsi ilə bağlı protokol yazın, çıxıb getsin. Oğlum bu vaxt, yenidən Mehman müəllimin yanına gedib ki, birinci dediz maşında “katalizator” var, sonra dediz qırmızı işıqda yolu keçmisiz, indi isə deyirsiz ötmə əməliyyatını səhv etmisiz. Bu necə işdir axı? Bu vaxt Mehman müəllim yenidən hirslənib, oğlumu otaqdan qovub, PPX çağıracağı ilə hədələyib”.

Vətəndaş A.İbrahimov deyib ki, indi qanunsuz olaraq, oğluna 60 manat cərimə, sürücülük vəsiqəsinə isə 3 cərimə balı yazılıb”.

Bu gün Avtosfer.az-ın əməkdaşı Cəlilabad rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi ilə əlaqə saxlayıb. Bölmə rəisi, polis mayoru Şaiq Ağayev bildirib ki, sürücü Nizami İbrahimov svetoforun qırmızı işığında hərəkət etdiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılıb: "Özü də yol polisi əməkdaşlarının gözü qarşısında qırmızı işıqdan keçdiyi üçün saxlanılıb və barəsində inzibati protokol tərtib edilib".

DYP rəisi bildirdi ki, sürücü Nizami İbrahimov son 6 ay ərzində yol hərəkəti qaydalarını pozduğu üçün 21 dəfə cərimə edilib. Onun da 8-i təhlükəsizlik kəmərini istifadə etmədiyi üçün yazılan cərimələrdir: "Həmin 21 cərimədən yalnız 1-i Cəlilabad rayonu ərazisində yazılıb, qalanları Bakıda və başqa bölgələrdə yazılan cərimələrdir. O zaman həmin sürücü və ya onun atası hansı qərəzdən danışır, hansı qanunları önə çəkir? Burada o sürücüyə qarşı özünün etdiyi xətaya görə cərimə yazılıb. Başqa heç bir problem olmayıb".

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh