Sürücüsüz avtobuslar fəaliyyət göstərəcək

Yeniliklər 18 İyul 2017 02:18 Oxunub 1167
Sürücüsüz avtobuslar fəaliyyət göstərəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobuslar nəzarət prosedurunu keçməli və departamentin icazəsini almalıdır

Tallinndə "Easymile" sürücüsüz avtobuslar fəaliyyət göstərəcək. Şəhər sakinləri və qonaqlar nəqliyyatdan pulsuz istifadə edə biləcəklər. Azərtac "psm7.com"a istinadla xəbər verir ki, əvvəlcə test rejimində işləyəcək avtobuslar nəzarət prosedurunu keçməli və Şose Yolları Departamentinin icazəsini almalıdır. Bir avtobusda 8 sərnişin yerləşə bilər. Hər avtobusda sərnişinlərə yolboyu yeni texnologiyalar haqqında məlumat verəcək bələdçi işləyəcək.

Ekspert qrupunun rəhbəri Konsa Pirkonun sözlərinə görə, bu texnologiyanın ciddi üstünlükləri var: onu əhalinin az sıx yaşayan rayonlarında uğurla istifadə etmək olar. Həmçinin sürücüsüz nəqliyyat daha təhlükəsizdir, belə ki, yollarda qəzaların 90 faizi insanların diqqətsizliyi səbəbindən baş verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh