Bu vəziyyətdə qabağa keçmək üçün nə etmək olar? - DOĞRU CAVAB

Yarışma 18 İyul 2017 09:54 Oxunub 2680
Bu vəziyyətdə qabağa keçmək üçün nə etmək olar? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual ötmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə at arabasından qabağa keçmək üçün nə etmək olar?

a) At arabası dayanmış avtomobillərin yanından keçib sağ zolağa yerdəyişmə etdikdən sonra onun yanından keçib getmək olar;

b) Qarşıdan gələn nəqliyyat vasitəsi yoxdursa, sol zolaqdan istifadə edərək at arabasını bu vəziyyətdə ötmək olar.

Sualın doğru cavabı belədir:  “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinin III hissəsinə uyğun olaraq, üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir. Bu norma belə yollarda üçüncü, yəni ən soldakı zolağa keçməyə yol vermir. Deməli, sualın doğru cavabı “A” variantı olacaq: At arabası dayanmış avtomobillərin yanından keçib sağ zolağa yerdəyişmə etdikdən sonra onun yanından keçib getmək olar.

Suala ilk doğru cavabı Eti Hüseynov adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh