Tayvanda metro idman meydançalarına çevrildi - FOTO

Maraqlı 18 İyul 2017 18:09 Oxunub 1247
Tayvanda metro idman meydançalarına çevrildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tayvan paytaxtında Universiada-2017-yə hazırlıq davam edir

Taybey şəhərində metro vaqonlarında qeyri-adi illüziya yaradıblar. Vaqonları müxtəlif idman növlərinin meydançalarına və hovuzlara çeviriblər. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbər verir ki, Tayvan paytaxtında Universiada-2017-yə hazırlıq davam edir. Turistlərin diqqətini cəlb etmək üçün şəhər rəhbərliyi metronu müxtəlif idman növlərinin tematik meydançalarına çevirmək qərarına gəlib. Vaqonların bəziləri futbol, bəziləri, basketbol, bəziləri isə qaçış meydançasını xatırladır. Sərnişinlər bu təşəbbüsü çox bəyəniblər. İndi onlar tematik vaqonlarda sanki idmanla məşğul olurlarmış kimi şəkillər çəkdirirlər.










ŞƏRH YAZ
Ad

E-mail

Şərh