Babək prospektindəki tunel yenə çökdü - FOTO

Qəzalar 18 İyul 2017 14:16 Oxunub 1889
Babək prospektindəki tunel yenə çökdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müvafiq qurumlar bu problemi birdəfəlik həll etməsə, tunel yenə çökəcək

Paytaxtın Babək prospektində yeraltı tunel çöküb. Avtosfer.az xəbər verir ki, bu barədə bakupost.az-a sürücülər məlumat verib. Onların sözlərinə görə, prospektin "Baku Medical Plaza" klinikası qarşısındakı yol yararsız vəziyyətə düşüb. İyulun 17-dən çökən tuneldə təmir işləri aparılmayıb, yalnız bu gün yolu düzəltməyə gəliblər.  Qeyd edək ki, bu yolda tunel bir neçə dəfə çöküb, düzəldilib, amma yenə də çöküb. Nəticədə nəqliyyatın hərəkəti iflic olur, maşınların altı dəyir və sıradan çıxır.  Sürücülər bildirirlər ki, "Azəravtoyol" və müvafiq qurumlar bu problemi birdəfəlik həll etməsə, tunel yenə çökəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh