Maşından xeyli sayda qanunsuz gətirilən telefon müsadirə edilib

Gündəm 18 İyul 2017 14:25 Oxunub 1119
Maşından xeyli sayda qanunsuz gətirilən telefon müsadirə edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Faktla bağlı araşdırma aparılır

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "BMV-520" markalı RN 126 NR nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlin və digər yollarla keçirilən mobil telefonların olması barədə məlumat daxil olub. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində həmin avtomobil Qazax rayonunun Salahlı kəndi ərazisində saxlanılıb və Gürcüstan vətəndaşı İusubov Einar Azad oğlunun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerindəki karton qutunun içindəki sellofan torbalarda mobil telefonlar olduğu müəyyən edilib.

Sonra Gürcüstan vətəndaşı E.İusubova məxsus torbalara Tövuz Gömrük İdarəsinin həyətində hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı torbaların birindən 48 ədəd "Nokia 3310" , 26 ədəd "Nokia 103" markalı, hər hansı aksesuarı olmayan mobil telefonlar, digər torbalardan isə 74 ədəd mobil telefon qutuları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh