Dəmiryolu Vağzalında keçmiş məhbusdan 1 kq heroin götürüldü

Gündəm 18 İyul 2017 15:23 Oxunub 694
Dəmiryolu Vağzalında keçmiş məhbusdan 1 kq heroin götürüldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanda narkotiklərlə mübarizə tədbirləri uğurla davam edir

Respublika daxili işlər orqanlarının əməkdaşları narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirlərini uğurla davam etdirirlər. Təkcə ötən gün ərzində DİN-in müvafiq qurumları tərəfindən bu sahədə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib. 

Belə ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmiryolu Vağzalının ərazisində əvvəllər məhkum olunmuş Elşən Ağayevdən 1 kiloqram 100 qram heroin, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Namiq Bağırovdan 2 kiloqram marixuana, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sidqi Novruzovdan 1 kiloqram 700 qram heroin və 400 qram tiryək, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Namiq Bədəlovdan 680 qram marixuana götürülüb. 

Ağsu RPŞ əməkdaşları tərəfindən Göydəlləkli kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 238 kiloqram olan 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.

 

Xəyalə Məmmədova,

DİN Mətbuat Xidmətinin əməkdaşı

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh