Bakı Metropoliteni: "Biz o görüntüləri yaya bilmərik" – AÇIQLAMA

Gündəm 18 İyul 2017 15:52 Oxunub 1119
Bakı Metropoliteni: "Biz o görüntüləri yaya bilmərik" – AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəsimi Paşayev xoşagəlməz hadisənin polis tərəfindən araşdırılmalı olduğunu bildirdi

“Biz o görüntüləri yaya bilmərik, yalnız polisə təqdim edə bilərik”. Avtosfer.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metroda qızın təhqir olunduğu və təpikləndiyi  hadisənin videogörüntüsü ilə bağlı Oxu.az-a açıqlamasında belə deyib. N.Paşayev xoşagəlməz hadisənin polis tərəfindən araşdırılmalı olduğunu bildirdi: “Vətəndaş şikayət ərizəsilə polisə müraciət etməlidir. Bundan sonra polis bu müraciəti araşdırmaq üçün istintaq aparır və bu zaman “Bakı Metropoliteni” idarəsinə sorğu göndərərək həmin görüntüləri bizdən istəyir. Əgər, həqiqətən də, elə bir hadisə baş veribsə və müşahidə kameralarına düşübsə, biz görüntüləri polisə təqdim etmək üçün həmin kadrları axtarıb taparıq”.

Nəsimi Paşayev Bakı metropolitenində baş verdiyi deyilən hadisədən məlumatsız olduğunu söylədi: “Sosial şəbəkədə müzakirə mövzusuna çevrilmiş hadisənin “Sahil” metrosunda baş verdiyi bildirilir. Lakin o hadisənin metronun içində və ya çölündə olduğu barədə bir söz deyilmir. Harada olmasından asılı olmayaraq, bu, birbaşa polisin işidir. Mən bunu pisləyirəm və ümid edirəm ki, doğru məlumat deyil”.

Vəfa Əli Zeynal adlı “Facebook” istifadəçisi öz səhifəsində cırıq şalvar geyinən qızın bir nəfər tərəfindən döyüldüyünü yazıb: “Sahil” metrostansiyasında bir qız dəbdə olan cırıq şalvar, üzərindən isə göbəyi açıq köynək geyinib. Bir başdan xarab da götürüb qıza itin sözünü deyib, hamının yanında təpiklədi. Axmaq insan, sən camaatın əxlaqına sahib çıxmaqdansa, get özünü müalicə elətdir. Bu, nə zorakılıqdır qadına qarşı?! Belə kişisən, qız polis adını çəkən kimi niyə qaçdın, ay binamus!!! Bütün qeyrət keşikçilərinə aiddir status. Abırınızı başqasının geyimində axtarmayın!!!

“Sahil” stansiyasındakı o görüntülər göstərilsin və polis həmin adamı tapsın, cəzalandırsın. Biganə qalmayaq!!! Mən şəxsən gözümün şahidiyəm. Kaş ki, çəkərdim o binamusun üzünü”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh