Məşhur aparıcı "AA" nömrə ilə "Gelandewagen" sürür - FOTO

Avtosfer Foto 18 İyul 2017 15:54 Oxunub 7323
Məşhur aparıcı "AA" nömrə ilə "Gelandewagen" sürür - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nömrə düşən hissəni qara rənglə işarələyib, amma göründü

ATV telekanalının əməkdaşı, tanınmış teleaparıcı İlhamə Bədəlova "Gelandewagen" markalı bahalı avtomobili ilə görüntülənib. Avtosfer.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı ağ rəngli son model maşında müğənni Natavan Həbibinin toy məclisinə yollanıb. İ.Bədəlova bu avtomobilini artıq bir müddətdir idarə edir. "Gelandewagen"in orta qiyməti 100-150 min manat arasında dəyişir. Daha bir diqqətçəkən və ən önəmli məqam isə ondan ibarətdir ki, aparıcı avtomobilini "AA" seriyalı dövlət nömrə nişanı ilə sürür. Maşının üzərindəki nömrə 90-AA-518-dir.

Qeyd edək ki, qanunla "AA" seriyaları yalnız dövlət qulluqçularının xidməti maşınlarına, bəzi hallarda isə hüquqi şəxslərə verilir. Xanım aparıcının bu nömrə nişanını hansı yolla əldə etməsi isə ortaya suallar çıxarır.

İ.Bədəlova ATV-də "Həkimsən" verilişinə aparıcılıq edir. Veriliş həftəiçi hər gün canlı yayımlanır. O, bu maşını ilə bir neçə fotosunu sosial şəbəkədə paylaşıb. Buna baxmayaraq, nömrə düşən hissəni qara rənglə işarələyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Reskator 18 İyul 2017 20:52
Bu aparicilara mugennilere neye gore by qeder pul verirler.Bunlar axi sehradaki Qum deneceyi kimidiler.Apardigi verlislerde hec nedi