"Azəravtoyol": "Babək prospektində yol su sızmasından çöküb"

Gündəm 18 İyul 2017 15:56 Oxunub 1024
"Azəravtoyol": "Babək prospektində yol su sızmasından çöküb"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hazırda tuneldə təhlükə yoxdur"

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakının Babək prospektində tuneldə yolun çökməsi xəbərinə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə özəl açıqlamasında bildirib ki, həmin ərazidə çökmə asfaltın alt qatında su sızması nəticəsində baş verib. O qeyd edib ki, çökən ərazi tunelin üst hissəsindədir və avtomobillərin hərəkətinə maneə yaratmır: "Hadisə baş verən kimi əraziyə "Azəravtoyol" ASC-nin texnika və canlı qüvvəsi cəlb edilib. Əvvəlcə ərazidə su sızmasının qarşısı alınıb. Sonra isə yolun çökən hissəsi bərpa edilib. Artıq ərazidə problem yoxdur, avtomobillərin hərəkəti bərpa edilib". A.Nəcəfli əlavə edib ki, hazırda tuneldə təhlükə yoxdur. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh