Ələt-Astara magistralında çökən körpünün bərpasına başlanıldı

Gündəm 18 İyul 2017 16:05 Oxunub 752
Ələt-Astara magistralında çökən körpünün bərpasına başlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər alternativ yoldan istifadə edirlər

Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsindəki Mahmudçala gölü yaxınlığında yerləşən körpüdən istifadə tamamilə məhdudlaşdırılıb.

Avtosfer.az xəbər verir ki, "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin "Report"a verdiyi məlumata görə, hazırda körpünün bərpasına başlanılıb: "Sürücülər alternativ yoldan istifadə edirlər.

Bu körpü 1973-cü ildən istifadə edilir. Körpü tikiləndə ağır tonnajlı yük maşınları üçün hesablanmayıb. İntensiv hərəkət olduğu üçün körpüdə çökmə baş verib".

 

Qeyd edək ki, bir neçə gün öncə Ələt-Astara magistral yolunun Biləsuvar ərazisindən keçən hissəsindəki Mahmudçala gölünün yaxınlığındakı şor kollektorun üzərindəki körpünün bir hissəsi çöküb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinlik meydana gəlib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh