Kanalizasiya quyusuna düşən şəxs və FHN əməkdaşı ölüb

Gündəm 18 İyul 2017 16:42 Oxunub 1921
Kanalizasiya quyusuna düşən şəxs və FHN əməkdaşı ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.

Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs ölüb. Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib. Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər. Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir. Sumqayıt şəhər Səhiyyə İdarəsindən APA-ya verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

Onlardan ikisinin vəziyyəti ağırdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh