Azərbaycanda sürücü yol polisini vurub qaçdı

Yol polisi 19 İyul 2017 00:22 Oxunub 1805
Azərbaycanda sürücü yol polisini vurub qaçdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsident sərxoş sürücülərə qarşı reyd keçirilən zaman baş verib

Masallıda avtomobil yol polisini vuraraq qaçıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Masallı şəhəri ərazisində qeydə alınıb. İnsident Dövlət Yol Patrul Xidməti (DYPX) əməkdaşlarının sərxoş sürücülərə qarşı reyd keçirdiyi zaman baş verib. YPX baş serjantı Qoşqar Zeynalov xidməti vəzifəsini yerinə yetirərkən onu avtomaşın vurub. Dərhal yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda Masallı polisi onun saxlanılması istiqamətində tədbirlər görür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh