Ekspert əhalinin benzinlə bağlı ümidlərini qırdı - 3 ay sonra...

Yazarlar 19 İyul 2017 00:45 Oxunub 4303
Ekspert əhalinin benzinlə bağlı ümidlərini qırdı - 3 ay sonra...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Samir Əliyev: "Üç aydan sonra yenidən rüsum tələb ediləcək"

Əhaliyə benzinin ucuzlaşacağı ilə bağlı mühüm xəbərdarlıq - 3 ay sonra..."Azərbaycanda istehsal olunan "Ai-92" markalı benzin idxalının rüsumdan azad edilməsi uzunmüddətli deyil. Bu qərardan sonra "yerli istehsal olan benzinin qiymətində ucuzlaşma olacağını gözləmək olmaz". Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev hökumətin "Ai-92" markalı benzin idxalını 90 günə rüsumdan azad etmə səbəbi haqqında danışarkən deyib. Onun sözlərinə görə, "Ai-92" markalı benzin idxalının rüsumdan azad edilməsi müvəqqəti hal daşıyır. Bu proses SOCAR-a benzin satışında əlavə gəlir əldə etməyə imkan verəcək. Bu baxımdan benzinin qiymətinin ucuzlaşacağına inanmıram. "Ai-92" markalı benzin 15 % idxal rüsumundan azad edilib. Lakin 3 aydan sonra yenidən rüsum tələb ediləcək. Samir Əliyev ölkəmizdə istehsal olunan "Ai-92" markalı benzinin bahalaşmasının əhalinin sosial vəziyyətinə mənfi təsiri olacağını bildirib: "Digər tərəfdən "Ai-92" markalı benzinin qiymətinin artması sosial vəziyyətin çətinləşəcəyinə və bütün sahələrdə bahalaşma olacağına gətirib çıxaracaq. Eyni zamanda ölkədə kommunal xidmətlərin qiyməti dövrü olaraq qaldırılacaq. Bu il olmasa da növbəti ildən kommunal xidmətlərin artımı ilə bağlı Tarif məsələsinə baxıla bilər. Yəni, gələcəkdə tariflərin artması davam edəcək".

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli və "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli qərarlarına dəyişiklik edib. Aksiz vergisi ilə bağlı dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib.

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarının əlavəsi olan 22 dekabr 2003-cü il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 92 oktanlı benzin üçün gömrük rüsumu 0% müəyyən edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh