İt suda boğulan maralı xilas etdi - VİDEO

Maraqlı 19 İyul 2017 08:02 Oxunub 1242
İt suda boğulan maralı xilas etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onu yerə uzadaraq “ilkin müdaxilə” etməyə çalışıb

ABŞ-ın Nyu-York şəhərində Mark Frili adlı bir şəxs “Storm” və “Sara” adlı itlərini sahildə gəzdirərkən kiçik maralın suda boğulduğunu görüb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin an “Storm” özünü suya atıb və bala maralı boğulmaqdan xilas edib. İt maralı sahilə çıxardıqdan sonra onu yerə uzadaraq “ilkin müdaxilə” etməyə çalışıb. Daha sonra hadisə yerinə çağırılan baytarlar marala tibbi yardım göstəriblər.

M.Frilinin çəkdiyi video qısa zamanda ən çox izlənilənlər arasına düşüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh