Bu gün Krasnoyarskdan Bakıya yeni aviareys açılır

Gündəm 19 İyul 2017 09:57 Oxunub 757
Bu gün Krasnoyarskdan Bakıya yeni aviareys açılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyslər oktyabr ayının 4-dək davam edəcək

Bu gün Rusiyanın Krasnoyarsk şəhərindən (Yemelyanov Beynəlxalq Hava Limanı) Bakıya yeni bir birbaşa aviareys açılır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, uçuşları "Nordwind Airlines" aviaşirkəti (Rusiya) həyata keçirəcək. Reyslər oktyabrın 4-dək davam edəcək. Qeyd edək ki, "Nordwind" aviaşirkəti hər həftənin çərşənbə günü uçuş təşkil edəcək. Krasnoyarskdan uçuş yerli vaxtla saat 11:50-də (Bakıya çatma - 14:05), əks istiqamətdə isə Bakı vaxtı ilə saat 16:25-də (çatma - 00:10) "Boeing 737-800" tipli təyyarələrlə yerinə yetiriləcək. Xatırladaq ki, hazırda "İrAero" aviaşirkəti də Krasnoyarskdan Bakıya uçuşlar həyata keçirir. Krasnoyarsk-Bakı marşrutu üzrə ilk uçuş iyunun 21-də baş tutub. Birinci reysdə hava gəmisinin yüklənməsi 100% olub. Bu istiqamət üzrə uçuşlar yay cədvəlinin sonunadək (oktyabrın 25-dək) davam edəcək. "Nordwind Airlines" 2008-ci ildən fəaliyyət göstərir və 11 ölkənin 52 şəhərinə uçuşlar yerinə yetirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh