Bakı metrosunda radiorabitə qurğuları yenilənir - FOTO

Gündəm 19 İyul 2017 11:20 Oxunub 695
Bakı metrosunda radiorabitə qurğuları yenilənir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlkin olaraq, 52 belə radiostansiyanın quraşdırılmasına başlanılıb

Bakı Metropolitenində istismarda olan qatarların xətdə hərəkəti zamanı maşinistlə dispetçerin əlaqəsini təmin edən radiorabitə təkmilləşdiriləcək. "Bakı Metropoliteni" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, bu məqsədlə artıq qatarlarda mövcud radiostansiya qurğularının yeniləri ilə əvəzlənməsinə başlanılıb.

Qatarların maşinist kabinasında quraşdırılan yeni RVS tipli radiostansiyalar, səs gücləndiricilər və radioinformatorlar 1978-ci ildən istismarda olan əvvəlki analoqları ilə müqayisədə daha keyfiyyətlidir. Hazırda əvəzlənməkdə olan RTM tipli radiostansiyaların istismardan çıxarılmasına zərurət onların istehsalının dayandırılması, ehtiyat hissələrinin tapılmaması ilə yaranmışdı. Bu isə avadanlığa qulluğun hədsiz dərəcədə çətinləşməsinə gətirib çıxarmışdı. Ən əsası, dispetçerlə əlaqənin keyfiyyətinin də xeyli aşağı düşməsinə səbəb olmuşdur.

Qatarların hərəkəti zamanı təlimatçılar qatar maşinistinin işinə nəzarət edir, onu yönəldir və müxtəlif vəziyyətlərdə ona kömək edirlər. Gələcəkdə xidməti tələbat yaranarsa, yeni radiostansiyanın digər kanallarından da istifadə edilməsi mümkün olacaq. Bu avadanlıq qatarın hər iki başında maşinist kabinasında və onun idarəetmə şkafında quraşdırılır. Quraşdırma başa çatdıqdan sonra qatarlar yeni rabitə formatı ilə sınaqdan çıxarılaraq xəttə buraxılır.

 

"İlkin olaraq, 52 belə radiostansiyanın quraşdırılmasına başlanılıb. Mərhələli şəkildə təmirə dayanan qatarların hər birində yeni sistemin quraşdırılması davam edəcək",- deyə məlumatda qeyd edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh