Taksi sürücüsünü aldadıb avtomobilini qaçırdılar - Bakıda

Gündəm 19 İyul 2017 13:20 Oxunub 689
Taksi sürücüsünü aldadıb avtomobilini qaçırdılar - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şamaxı rayonu ərazisində saxlanılıb

Bakıda avtomobil qaçırılması hadisəsi baş verib. Avtosfer.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 19-da saat 1.00 radələrində naməlum şəxs Nəsimi rayonu ərazisində Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturub Qobustan qəsəbəsinə gedəcəyini bildirib. Qobustan qəsəbəsi ərazisində həmin şəxs sürücünü aldadaraq düşürüb və avtomobili qaçırıb. Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şamaxı rayonu ərazisində saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Baxışovla birgə Şamaxı RPŞ-yə təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh