Yol polisini vurub qaçan şəxs tutuldu - Keçmiş məhbus imiş

Yol polisi 19 İyul 2017 13:27 Oxunub 1543
Yol polisini vurub qaçan şəxs tutuldu - Keçmiş məhbus imiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Masallı RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır

Masallıda yol polisini avtomobillə vurub qaçan şəxs saxlanılıb. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, iyulun 18-də saat 20:00 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində naməlum şəxs idarə etdiyi "VAZ-21099" markalı avtomobillə həmin ərazidə xidmətdə olan Masallı RPŞ DYPB Yol Patrul Xidmətinin əməkdaşı, polis baş serjantı Qoşqar Eynalovu qəsdən vuraraq hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən Q.Eynalovun vəziyyəti qənaətbəxşdir. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Racik Məmmədov tutulub. Masallı RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh