Metroda qızın cırıq şalvara görə döyülməsi xəbəri yalan çıxdı

Gündəm 19 İyul 2017 15:43 Oxunub 1221
Metroda qızın cırıq şalvara görə döyülməsi xəbəri yalan çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisəni "təxəyyül məhsulu" adlandırıb

Bakı Şəhər Baş Polis İdarəsi bir neçə gün əvvəl Bakı metrosunda dizi cırıq şalvar geyindiyi üçün bir qızın döyülməsi xəbərinə münasibət bildirib. İdarədən Avtosfer.az-a verilən məlumata görə, bir neçə gün bundan əvvəl (15 iyul) sosial şəbəkədə Bakı metrosunun "Sahil" stansiyasında son dəbli dizi  acıq cins şalvar geyən gənc qızın bu səbəbdən zorakılıqla üzləşdiyi, naməlum cavan oğlan tərəfindən döyüldüyü barədə məlumat yayılıb. Sonradan internet saytları bu xəbəri yoxlamadan öz səhifələrində yerləşdirib (17-18 iyul) və ictimailəşdirib. Bakı Metropolitenində Polis Şöbəsinin apardığı hərtərəfli araşdırmalar belə bir hadisənin ümumiyyətlə baş vermədiyini və sosial şəbəkə istifadəçisinin təxəyyülünün məhsulu olduğunu üzə çıxarıb. Bakı Şəhər Baş Polis İdarəsi həqiqətə uyğun olmayan məlumatın ictimaiyyəti çaşdırmağa cəhd kimi qiymətləndirir və əldə olunan məlumatın yayımdan əvvəl bir neçə etibarlı mənbədə təsdiq olunmasının vacibliyini barədə bir daha KİV nümayəndələrinə xəbərdarlıq edir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh