"Mercedes"dən tarixi addım: "Pikap" gəlir - FOTO

Avtodünya 19 İyul 2017 20:03 Oxunub 3658
"Mercedes"dən tarixi addım: "Pikap" gəlir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes X-Class"ın qiyməti Almaniyada 37 300 avrodan başlayacaq

Almaniyanın məşhur "Mercedes-Benz" avtomobil şirkəti ilk "pikap" modelinin təqdimatını keçirib. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, "Mercedes X-Class"ın qiyməti Almaniyada 37 300 avrodan başlayacaq. Noyabr ayında satışa çıxarılacaq avtomobil 2018-ci ildə Cənubi Afrika, Avstraliya və Yeni Zelandiyaya, 2019-cu ildə isə Latin Amerikasına ixrac ediləcək. "Mercedes" bu "pikap"la "Ford F150", "Nissan Navara", "Toyota Hilux" və "Volkswagen Amarok" kimi avtomobillərə rəqib olacaq. "X-Class"-ın hündürlüyü 5.34, eni isə 1.92 metrdir. "Pikap" ikisi dizel, biri isə benzin yanacağı sərf etməklə üç fərqli motorda təqdim ediləcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Tahir 20 İyul 2017 09:52
X-Class-ın hündürlüyü 5.34, eni isə 1.92 metrdir. Bu hündürlükdə pikaplar bizim yollara yerləşməyəcək. Küçələrdə qaz borularının və yerüstü piyada keçidlərinin altından keçə bilməyəcək. Ona görə də mən almayacav. Ha ha ha...