Bəşəriyyət üçün əsas təhlükə açıqlandı

Texnologiya 20 İyul 2017 19:45 Oxunub 1361
Bəşəriyyət üçün əsas təhlükə açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən qabaqcıl süni intellektdən istifadə etdiyinə görə onun sözlərinə inanmağa çağırıb

"SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi İlon Mask Milli Qubernatorlar Assosiasiyasının  görüşündə çıxışı zamanı süni intellektin bəşəriyyətin sivilizasiya kimi qarşılaşdığı əsas təhlükə olduğunu bildirib. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, şirkət yaradıcısı mütəxəssislərin daha qabaqcıl texnologiyaların yaradılmasına aludə olaraq süni intellektin törətdiyi təhlükələr barədə unuda biləcəklərindən ehtiyat edir. "Robotlar saxta xəbərlər və pres-relizlər buraxmaqla, elektron poçt kod-parollarını saxtalaşdırmaqla və informasiya ilə manipulyasiya etməklə müharibənin başlanmasına səbəb ola bilərlər. Qələm qılıncdan itidir", - o qeyd edib. İ.Mask vurğulayıb ki, ən qabaqcıl süni intellektdən istifadə etdiyinə görə onun sözlərinə inanmağa çağırıb. Onun fikrincə, bu sahədə şirkətlərin mükəmməl süni intellekt yaratmaq istəyinin qarşısını ala biləcək dövlət tənzimləməsinə ehtiyac duyulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh