Təyyarələrdə noutbuk daşınmasına qadağa ləğv olundu

Gündəm 20 İyul 2017 18:46 Oxunub 817
Təyyarələrdə noutbuk daşınmasına qadağa ləğv olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadağanın tətbiq olunduğu sonuncu aviaşirkət "Saudi Arabian Airlines" olub

ABŞ təyyarələrdə noutbuk daşınmasına qadağanı ləğv edib. Avtosfer.az xəbər verir ki, Afrika və Yaxın Şərqin 9 ölkəsindən Birləşmiş Ştatlara uçan təyyarələrdə noutbuk daşınmasına qadağa bu ilin mart ayında qoyulmuşdu. Qadağanın tətbiq olunduğu sonuncu aviaşirkət "Saudi Arabian Airlines" olub. Yaxın vaxtlarda amerikalı mütəxəssislər Səudiyyə Ərəbistanına səfər edərək, uçuşların təhlükəsizliyi ilə bağlı Vaşinqtonun tələblərini ölkənin necə yerinə yetirməsini yerindəcə yoxlayacaq. ABŞ xüsusi xidmət orqanları terrorçuların bombanı elektron qurğuların içinə yerləşdirə bilməsindən ehtiyatlanır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh