Formula 1 bolidlərində “Halo” təhlükəsizlik sistemindən istifadə olunacaq

Yarışma 20 İyul 2017 10:44 Oxunub 1771
Formula 1 bolidlərində “Halo” təhlükəsizlik sistemindən istifadə olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bununla bağlı FİA-nın iclasında qərar qəbul olunub

2018-ci ildən Formula 1 bolidlərində “Halo” təhlükəsizlik sistemindən istifadə olunacaq. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bununla bağlı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) İsveçrənin Ceneverə şəhərində keçirilən Starteji Qrupunun iclasında qərar qəbul olunub. Məqsəd qəzalar zamanı pilotların başını ciddi xəsarətlərdən qorumaqdır.

Formula 1 üzrə dünya çempionatında iştirak edən 10 komandadan 9-u “Halo” sisteminə qarşı səs versələr də, FİA rəhbərliyi təhlükəsizlik tədbirlərini əsas tutaraq, onların fikirlərinə məhəl qoymayıb.

“Halo” ilə bağlı yekun qərar FİA-nın Ümumdünya Şurasında çıxarılacaq.

 

Qeyd edək ki, 2018-ci ildə Formula 1 üzrə Azərbaycan Qran Prisi 27 – 29 apreldə keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh