Üç maşın toqquşdu: ər-arvad xəsarət alıb - Qazaxda

Qəzalar 20 İyul 2017 16:29 Oxunub 787
Üç maşın toqquşdu: ər-arvad xəsarət alıb - Qazaxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qazax şəhərində “QAZ-24”, “VAZ-21099” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “QAZ-24” də olan 1965-ci il təvəllüdlü Alıyev Rafiq və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Vəliyeva Xatirə müxtəlif bədən xəsarətləri ilə Qazax Müalicə və Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Kişinin vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh