Yol polisindən insanlıq dərsi – Sərnişinlərə sərin su alıb gətirdi – FOTO

Yol polisi 20 İyul 2017 17:13 Oxunub 5461
Yol polisindən insanlıq dərsi – Sərnişinlərə sərin su alıb gətirdi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin DYP inspektoru bu zonada yaxşı əməlləri ilə məşhurdur

Azərbaycanda yol polisinin daha bir nümunəvi hərəkəti vətəndaşlar tərəfindən alqışlanıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 17-də Hacıqabul rayonu ərazisində baş verib. Hadisə barədə feysbookda status paylaşan Taleh Məmmədov adlı istifadəçi bildirib ki, Bakıdan Mingəçevirə gedən "Ford" markalı mikroavtobus yolda xarab olub. Avtomobildə yaranmış texniki nasazlığı aradan qaldırmaq üçün sürücü maşını Dövlət Yol Polisinin Nəvai postu yaxınlığında saxlayıb. İsti hava şəraitində açıq havada qalan sərnişinlərin köməyinə ərazidə xidmət aparan 99 YP 868 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan yol polisi əməkdaşı gəlib. Sərnişinlər yol polisinin bu nəcib hərəkətini xoş qarşılayıb və təşəkkür ediblər: "Polis öz puluyla bütün sərnişinlərə sərin su alıb gətirdi. +38 dərəcə isti idi. Təşəkkürlər polis əmi. Səndən biraz çox olsa yaxşı olar. Paylaşaq ki, belə polislərimizi qiymətləndirsinlər".

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sərnişinlərə su alaraq onlara dəstək olan yol polisi əməkdaşı Baş DYPİ-nin Yol-Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşı, serjant Tural Cəmaləddinovdur. Həmin DYP əməkdaşı öz yaxşı xidməti və yaxşı əməlləri ilə seçilən birisi kimi tanınır. Belə ki, bu gün həmin polis əməkdaşı idarə etdiyi avtomobilin yanacağı bitdiyi üçün yolda qalan bir məktəb direktoruna köməklik göstərib. Belə ki, avtomobilin uzun müddət yol kənarında dayandığını görən Tural Cəmaləddinov sürücüyə yaxınlaşaraq nə üçün burada dayanması ilə maraqlanıb. Sürücü benzinin qurtardığını dedikdə DYP əməkdaşı onu xidməti maşını ilə posta gətirib. Postdan qab tapdıqdan sonra isə birlikdə yanacaqdoldurma məntəqəsinə gedərək yanacaq alıblar. Məktəb direktoru həmin polisə təşəkkür edərək yoluna davam edib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh