Prezident "Avtosfer.az" saytının baş redaktoruna ev verdi

Gündəm 20 İyul 2017 22:27 Oxunub 1674
Prezident "Avtosfer.az" saytının baş redaktoruna ev verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha bir jurnalist ailəsi evlə təmin edildi

Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlər üçün tikilən yeni binadan "Avtosfer.az" saytına da pay düşüb. Belə ki, saytın baş redaktoru Elməddin Muradlı evlə təmin edilib. 

Qeyd edək ki, Elməddin Muradlı həmçinin "Üç nöqtə" qəzetinin redaktoru, "Asan radio"da "Avtosfer" verlişinin aparıcısı və müəllifidir.

"Avtosfer.az"-a açıqlamasında E. Muradlı ölkə başçısına bu nəcib təşəbbüsə görə dərin təşəkkürünü bildirib. "Jurnalistikaya göstərilən bu diqqət və qayğıya görə dövlətimizə, Prezidentimizə təşəkkürümü bildirirəm. Hər zaman dövlət və dövlətçilik istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh