İstanbuldakı «BMW X6»nın sahibi danışdı - FOTOLAR

Xəbərlər 24 Noyabr 2014 22:34 Oxunub 2666
İstanbuldakı «BMW X6»nın sahibi danışdı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toğrul Nəbiyev: «Mən qayda pozmamışam, orada otelə gələn hər kəs maşın saxlayır»

Türkiyənin İstanbul şəhərində Aksaray adlanan ərazidə səkidə park edilmiş «BMW X6» markalı, 90 HN 888 dövlət nömrə nişanlı avtomobilin sahibi açıqlama verib. Avtosfer.az-a telefon açaraq özünü Toğrul Nəbiyev kimi təqdim edən avtomobil sahibi bildirib ki, avtomobilin şəklini çəkərək internetdə bunu azərbaycanlıların xaricdə də qaydaları pozması kimi təqdim edən şəxs qərəz nümayiş etdirib: «Həmin şəxs avtomobilimin fotoşəklini elə çəkib ki, guya azərbaycanlıların xaricdə də qayda pozduğunu göstərsin. Amma bu, əsla belə deyil. Həmin ərazi otelin qarşısıdır. Oteldə məskunlaşan şəxslərin avtomobillərini binanın qarşısında bu qaydada saxlamağına icazə var. Və xüsusilə qeyd etmək istəyirəm ki, orada avtomobillərin park edilməsi ilə otel əməkdaşlarının özü məşğul olur. Yəni, mən otelə gələrək avtomobilimdən düşdüm, açarları həmin binanın əməkdaşına təqdim etdim və o, maşını icazə verilən yerdə bu qaydada saxlayıb. Bu məlumat azərbaycanlıların xaricdə fəaliyyətinə kölgə salmaq üçün atılan addımdır. Mən çox istərdim ki, bu şəkili yayan adam mənim göndərdiyim şəkillərə diqqətlə baxsın. Maşının arxasında da, qabağında da türklər maşın saxlayıb. Düzdür, qabaqdakı maşın foto çəkiləndən sonra dayanıb. Amma burada maşın saxlamaq qadağan deyil. Cərrahpaşa adlanan bu balaca yerdə hər kəs bu cür maşın saxlaya bilir. Mənim pulumu ölçmək lazım deyil. Mən Bakıda sadə bir ticarətçiyəm. Vətənimə, dövlətimə xidmət etmiş adamam».

T.Nəbiyevin məsələ ilə bağlı elektron poçtumuza göndərdiyi fotoşəkilləri təqdim edirik.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh