İranın ən vacib limanı yanır

Gündəm 21 İyul 2017 16:52 Oxunub 719
İranın ən vacib limanı yanır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buşəhr limanında 200-ə yaxın ticarət gəmisi var

İranın Buşəhr limanındakı gəmilərdə yanğın baş verib. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Mehr” agentliyi yayıb. Agentlik bir neçə saat əvvəl başlayan yanğının 8 gəminin yanaraq sıradan çıxardığını bildirib. Hazırda yanğınsöndürənlər hadisə yerinə cəlb ediliblər. Yanğın zamanı nə qədər insanın xəsarət alması haqqında heç bir məlumat verilmir. İran mətbuatı yanğına məruz qalan gəmilərin sayının 13-ə çatdığını yazıb. Ölkənin digər regionlarından da yanğınsöndürmə briqadaları yanğının söndürülməsinə cəlb olunub. Qeyd edək ki, Buşəhr limanında 200-ə yaxın ticarət gəmisi var. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh