Uber də qiymətləri qaldırdı

Avtoxəbər 22 İyul 2017 00:46 Oxunub 1323
Uber də qiymətləri qaldırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qiymət artımı benzinin qiymətinin qalxması ilə izah edilir.

Taksi sifarişi xidməti ilə məşğul olan Uber Azərbaycanda qiymətləri qaldırıb. “Qafqazinfo” xəbər verir ki, şirkət tarifləri hər kilometrə görə 4 qəpik artırıb. Bu barədə Uber-də fəaliyyət göstərən sürücülərə elektron poçt vasitəsilə xəbərdarlıq edilib.  Qiymət artımı benzinin qiymətinin qalxması ilə izah edilir. 

Xatırladaq ki, iyulun 15-dən Tarif (qiymət) Şurasının qərarı ilə Azərbaycan “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Əvvəl isə bu qiymət 70 qəpik idi. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh