Ramil Usubovdan yeni təyinatlar

Yol polisi 22 İyul 2017 00:54 Oxunub 1635
Ramil Usubovdan yeni təyinatlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Biləsüvar, Cəlilabad və Neftçala rayon polis şöbələrində dəyişiklik olub

Daxili işlər naziri Ramil Usubov yeni təyinatlar edib. Avtosfer.az bakipost.az-a istinadən xəbər verir ki, nazir Biləsuvar rayonunun Polis Şöbəsinin xidmət üzrə rəis müavini polkovnik leytenant Mehman Abışovu vəzifəsindən azad edərək, Cəlilabad rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunması barədə əmr imzalayıb. Nazirin digər əmri ilə Biləsuvar rayonunun Səmədabad Polis Bölməsinin rəisi, polkovnik-leytenant Əjdər Hacıyevi vəzifəsindən azad edərək, Cəlilabad rayon Polis Şöbəsinin əməliyyat üzrə birinci müavini, M.Abışov isə ikinci müavin təyin edilib.

Əjdər Hacıyevin yerinə isə Neftçala Rayon polis şöbəsinin qərargah rəisi polkovnik-leytenant Arif Salmanov gətirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh