Bakı-Şamaxı yolunda torpaq uçqunu baş verdi

Gündəm 22 İyul 2017 00:58 Oxunub 1116
Bakı-Şamaxı yolunda torpaq uçqunu baş verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu da avtomobilərin hərəkətinə mənfi təsir edib

Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunda torpaq uçqunu baş verib, iki nöqtədə yol çöküb. Avtomobillərin rahat hərkətini təmin etmək məqsədi ilə yolda təmir işlərinə başlanılıb. Avtosfer.az Report-a istinadən xəbər verir ki, dünən axşam yolun 106-107-ci km-də iri torpaq yığını avtomobillərin intensiv hərəkət etdiyi yola tökülüb. Səhər saatlarından etibarən yola tökülən torpaq kütləsi texnika vasitəsilə ərazidən təmizlənir. Yerli sakinlərin sözlərinə görə, həmin ərazilərdə dəfələrlə sürüşmələr baş verib, hazırda isə uçqun səngimir. Yolun bu hissəsində baş verən torpaq uçqunun qarşısını almaq üçün istinad divarı çəkilsə də sürüşmənin qarşısını almaq qeyri mümkündür. Sonuncu sürüşmə nəticəsində torpaq kütləsi beton piltələrin üzərindən yola töklüb.

Ərazinin olduqca sürüşməyə meyilli olması və son günlər sürüşmələrin aktivləşməsi rayonun Yol İdarəsini hərəkətə gətirib. Bu səbəbdən baş verəcək ani torpaq uçqunlarına vaxtında müdaxilə etmək məqəsdi ilə həmin ərazidə texnika növbəli şəkildə saxlanılır. Yol Şamaxı rayon Yol İdarəsinin nəzarətindədir.

Yolun 109-132-ci km-də isə yol çöküb. Asfalt örtüyündə çalalar yaranıb. Bu da həmin ərazidə avtomobilərin hərəkətinə qismən də olsa mənfi təsir edib. Bu səbəbdən sözügedən ərazidə təmir işlərinə başlanılıb, çökmüş yola yeni asfalt vurlur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh