Piyada keçidinə məhəl qoymayan qadını maşın vurdu

Qəzalar 22 İyul 2017 09:40 Oxunub 803
Piyada keçidinə məhəl qoymayan qadını maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı müxtəlif bədən xəsarətləri alıb

Abşeron rayonunda piyada keçidindən keçməyən qadını maşın vurub. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, yol-nəqliyyat hadisəsi Masazır qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Heybətova Ülkər Qəhrəman qızı piyada keçidindən istifadə etməyərək yolu keçərkən, onu minik avtomobili vurub. Nəticədə Ü.Qəhrəmanova müxtəlif bədən xəsarətləri alaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh