Prospektlə əks istiqamətdə gedən maşın qəza törədib - FOTO

Qəzalar 22 İyul 2017 09:44 Oxunub 3237
Prospektlə əks istiqamətdə gedən maşın qəza törədib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hyundai və Audi markalı avtomobillər toqquşub

Bakının Yasamal rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, qəzanı Abbasov Emin Elçin oğlu törədib. O, "99-BB-866" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobildə Hüseyn Cavid prospekti ilə hərəkətdə olarkən H.Cavid parkının ətrafındakı dairəyə daxil olmaq əvəzinə, Elmlər Akademiyası metrostansiyası istiqamətində əks gedib. Nəticədə "Hyundai" qarşıdan gələn və Hüseynov Mətin Adil oğlunun idarə etdiyi "Audi" markalı avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, "Audi" markalı avtomobilə ziyan dəyib. Hadisəni törədən sürücü Yol Patrul Xidməti əməkdaşlarına fikirli olduğu üçün idarəetməni itirdiyini bildirib. Buna baxmayaraq, yol polisi əməkdaşları hadisəni törədən sürücünü sərxoşluğun yoxlanılması məntəqəsinə aparıblar. Müayinə zamanı onun sərxoş olmadığı məlum olub. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh