Bakı-Qazax yolunda yanıq xəsarəti aldı - Gədəbəy sakini

Qəzalar 22 İyul 2017 10:10 Oxunub 729
Bakı-Qazax yolunda yanıq xəsarəti aldı - Gədəbəy sakini
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gədəbəy sakini Bakı-Qazax magistral yolunda yanıq xəsarətləri alıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Gədəbəy rayon Saratovka kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov İbrahim İspi oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobilinin mühərrikinin qızdığını görərək maşının su qabının qapağını açmaq istəyəndə qaynar su onun bədəninə səpilib və yanıq xəsarətləri alıb. İ.Məmmədov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh