Azərbaycan şirkəti Qazaxıstanda yol tikintisi üzrə tenderin qalibi olub

Gündəm 22 İyul 2017 12:35 Oxunub 814
Azərbaycan şirkəti Qazaxıstanda yol tikintisi üzrə tenderin qalibi olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tenderdə Qazaxıstan, Azərbaycan, Ukrayna, Türkiyə və Çindən 9 şirkət iştirak edib

Astana şəhərində sifarişçisi Qazaxıstan Yol Komitəsi, maliyyə dəstəkçisi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) olan Kurtı-Burilbaytal yolunun inşası üzrə tender (iki lot) keçirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, tenderdə Qazaxıstan, Azərbaycan, Ukrayna, Türkiyə və Çindən 9 xarici şirkət iştirak edib. Azərbaycanı təmsil edən, yerli və xarici infrastruktur layihələrinin icrasında xüsusi təcrübəsi olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ümumi dəyəri 70 mln. dollar olan hər iki lot üzrə tenderin qalibi elan edilib. Qeyd edək ki, hazırda 11 ölkədə nümayəndəliyi olan "Akkord" korporasiyası 4 ölkədə aktiv fəaliyyət göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh