Yük və minik maşınları toqquşdu: ana və azyaşlı qızı xəsarət alıb

Qəzalar 22 İyul 2017 12:42 Oxunub 779
Yük və minik maşınları toqquşdu: ana və azyaşlı qızı xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt araşdırılır

Bu gün şəhər saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. 1970-ci il təvəllüdlü Zülfiyyə İbrahimovanın idarə etdiyi "Mersedes" markalı minik maşını eyni istiqamətdə hərəkhərəkətdə olan "İsuzu" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü və maşında olan qızı, 2007-ci təvəllüdlü Alına Aslan Dursun qızı müxtəlif dərəcəli xəsarətlərlə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh