Velosiped ehtiyat hissələri üçün gömrük rüsumu alınmayacaq - Sabahdan

Gündəm 22 İyul 2017 12:44 Oxunub 1102
Velosiped ehtiyat hissələri üçün gömrük rüsumu alınmayacaq - Sabahdan
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qərar iyulun 23-də qüvvəyə minir və 2  il müddətində qüvvədə olacaq

Sabahdan Azərbaycana velosiped istehsalı üçün idxal ediləcək ehtiyat hissələri gömrük rüsumlarından azaddır. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, “Velosiped istehsalı məqsədi ilə gömrük rüsumlarından azad olunmaqla idxal edilən ehtiyat hissələrinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib. İyunun 22-də dərc edilən qərar 30 gün sonra, iyulun 23-də qüvvəyə minir və 2  il müddətində qüvvədə olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh