AZAL keçirdiyi tenderin davamından imtina edib

Gündəm 22 İyul 2017 16:40 Oxunub 834
AZAL keçirdiyi tenderin davamından imtina edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buna səbəb tender təklifi vermiş iddiaçıların sayının az olması göstərilir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 100 min ton “TS-1” markalı reaktiv aviayanacağın (DÜİST 10227-2013) alınması üçün keçirdiyi tenderin davamından imtina edib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, iyulun 8-də elan edilmiş açıq tenderdə iştirak haqqı 500 manat idi. Qeyd edək ki, tenderin davamından imtina “Dövlət satınalmaları haqqında” qanuna əsasən, tender təklifi vermiş iddiaçıların sayının 3-dən az olması ilə əlaqələndirilir. İddiaçılar tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını avqustun 18-nə qədər Heydər Əliyev Beynəlxalq Hava Limanına təqdim etməli idilər. Satın alınan malların mərhələlərlə aeroporta çatdırılması tələb olunurdu və ödəniş 2017-ci ilin sonuna qədər faktiki çatdırılmış reaktiv aviayanacağın həcminə əsasən həyata keçiriləcəkdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh