Bakı Metropoliteni yükdaşıma xidmətləri ilə bağlı tender keçirir

Gündəm 22 İyul 2017 16:41 Oxunub 1027
Bakı Metropoliteni yükdaşıma xidmətləri ilə bağlı tender keçirir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İddiaçıların təklifləri avqustun 15-də açılacaq

"Bakı Metropoliteni" QSC avtomobil nəqliyyatı ilə beynəlxaq yük daşınması xidmətinin alınmasına dair açıq tender elan edib.

Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, tender bir lot üzrə keçirilir və iştirak haqqı 500 manat təşkil edir.

Tender Komissiyası qeyd edib ki, iddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri 4 avqust saat 18:00-dək, tender təklifi və bank təminatı isə 14 avqust saat 18:00-dək Bakı şəhəri, M.Rəfili küçəsi,20 ünvanına (İcraya nəzarət, kargüzarlıq və təsərrüfat İdarəsi) təqdim etməlidirlər.

 

İddiaçıların təklifləri 15 avqust saat 15:00-da qeyd olunan ünvanda açılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh