Pilotsuz kater suda batan insanları xilas edəcək

Texnologiya 22 İyul 2017 20:07 Oxunub 1367
Pilotsuz kater suda batan insanları xilas edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sistem 70 hektarlıq göl sahəsini təhlükəsiz və təhlükəli ərazilərə bölməyə şərait yaradır

Çinin şərqində Tyanye gölündə batan insanların xilası üçün istifadə olunan ilk avtonom kater istifadəyə verilib. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, kater “GPS” qəbuledicisi, kamera, eləcə də akustik və infraqırmızı ötürücülərlə təchiz edilib ki, bu da ona sahildən uzaqlaşan hərəkətdə olan hədəfləri izləməyə imkan verir. Buna əlavə olaraq suyun kənarında təxminən 20 infraqırmızı və optik ötürücü, habelə radioötürücülər quraşdırılıb.

 

Bildirilir ki, sistem 70 hektarlıq göl sahəsini təhlükəsiz və təhlükəli ərazilərə bölməyə şərait yaradır. Pilotsuz kater təhlükəli zonalara düşən üzgüçülərə gölün təhlükəsiz hissəsinə qayıtmaları barədə xəbərdarlıq edir. Bundan başqa, dron-xilasedici sahilə yaxınlaşmaq üçün tutub durmağa imkan verən tutacaqlarla təchiz edilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh