İstirahətə gedən ailə qəzaya düşdü: 6 yaralıdan 3-ü uşaqdır

Qəzalar 22 İyul 2017 17:17 Oxunub 1785
İstirahətə gedən ailə qəzaya düşdü: 6 yaralıdan 3-ü uşaqdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalar aparır

Şabran rayonunda baş verən yol qəzasında bir ailənin 6 üzvü ağır xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinasən xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci kilometrliyində qeydə alınıb. Belə ki, Bakı şəhərindən istirahətə gələn ailənin olduğu 10-UN-680 avtomobil qəzaya uğrayıb. Qəza nəticəsində xəsarət alanlardan 2 azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına, 1 uşaq Şabran Mərkəzi Rayon Xəstəxanasına, 3 nəfər isə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alanların adları hələlik məlum deyil. Xəstəxanalardan bildirilib ki, xəstələrə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar aparır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh