Maşınını aşıran sürücü yaralandı

Qəzalar 23 İyul 2017 00:50 Oxunub 876
Maşınını aşıran sürücü yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Masallıda avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Masallı-Yardımlı yolunda, Masallının Qəriblər kəndi ərazisində qeydə alınıb. Masallının Ərkivan qəsəbə sakini 1970-ci il təvəllüdlü Süleyman Ramazan oğlu Abdullayevin idarə etdiyi “VAZ-21011” markalı avtomaşın  hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh