Yüksək sürət "011"i bu hala saldı - FOTO

Avtoxəbər 23 İyul 2017 02:00 Oxunub 3771
Yüksək sürət "011"i bu hala saldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir

Masallıda avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb. Hadisə Masallı-Yardımlı yolunda, Masallının Qəriblər kəndi ərazisində qeydə alınıb. Masallının Ərkivan qəsəbə sakini 1970-ci il təvəllüdlü Süleyman Ramazan oğlu Abdullayevin idarə etdiyi “VAZ-21011” markalı avtomaşın  hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Fakt araşdırılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh