Sərnişinləri ölümə aparan “Ford” sürücüsünü siz də tanıyın – VİDEO

Yazarlar 7 Avqust 2017 11:28 Oxunub 4202
Sərnişinləri ölümə aparan “Ford” sürücüsünü siz də tanıyın – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötmə əməliyyatı zamanı qayda pozan sürücü qəzadan son anda qurtuldu

Yolda hərəkətdə olan "Ford Tranzit" markalı mikroavtobusun sürücüsü daşıdığı sərnişinləri ölümə aparır. Qəzadan son anda yayınan sürücü Avtosfer.az-ın “radarına” düşüb.

İyunun 20-də respublika əhəmiyyətli yolda sərnişin daşıyan "Ford" markalı 99-HG-845 qeydiyyat nişanlı mikroavtobusun sürücüsü qarşıdan avtomobillərin gəldiyini görə-görə əks istiqamətə çıxaraq qarşısındakı maşını ötmək istəyir. Ancaq sağ zolağa yerdəyişmə edən zaman sağ tərəfdə hərəkət edən avtomobili sıxaraq təhlükə yaradıb. Qəzanın qarşısını almaq üçün səs siqnalından istifadə edən sürücüyə əsəbiləşən “Ford”un sürücüsü avtomobili yolun ortasında saxlayıb yerə düşərək digər sürücünü haqsız çıxarmağa çalışıb.

Sürücü Asim Ağayev Avtosfer.az-a bildirib ki, mikroavtobusun sürücüsü Ələt-Astara yolunda - Göytəpə postuna 5-6 km qalmış onu ötüb, 500 metr sonra isə dayanaraq sərnişin düşürüb. Bu sürücü həmin ərazidə sərnişindaşıma ilə məşğuldur.

Yollarda sərnişin daşıyan bu cür sürücülər həddindən artıq çoxdur. Onlar özlərini "peşəkar" və "ağıllı" sürücü sayırlar. Lakin qaydalara əməl etməyən sürücüdə heç vaxt ağıl ola bilməz. Ağıl olsaydı o, bu məsuliyyətsizliyin arxasını düşünərdi. Bu video bir daha göstərir ki, sərnişindaşıma sahəsində hələ də özbaşınalıqdır və “ailə dolandırıram” deyib insanların həyatını təhlükəyə atmaqdan çəkinmirlər.

Ümid edirik ki, Baş Dövlət Yol Polisi idarəsi qeyd etdiyimiz sürücünü aşkar edərək onu məsuliyyətə cəlb edəcək.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh