Bakıda turistin həyatını xilas edən polis danışdı - VİDEO

Yol polisi 24 İyul 2017 02:41 Oxunub 1524
Bakıda turistin həyatını xilas edən polis danışdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmid Məmmədov ilkin yardım üsulunu polislik kursundan öyrənib

Yolda huşunu itirən turistə polislər yardım edib, həyatını xilas ediblər. Sosial şəbəkələrdə yayılan bu şəkillər bir neçə gün öncə Bakının Binəqədi rayonu, Azadlıq prospektində çəkilib. Yolda huşunu itirərək yerə yıxılan vətəndaşa kömək edən isə həmin rayonda xidmət edən polis serjantı Həmid Məmmədov olub. Həmid Məmmədov bildirir ki, ilkin yardım üsulunu polislik kursundan öyrənib. Onunla bərabər xidmət edən digər əməkdaşlar da havanın isti keçməsi səbəbindən tez-tez insanların səhhətində problem yarandığını və bunu gördükləri anda köməklik göstərdiklərini bildirirlər.

Polislərin belə nümunəvi davranışları isə əsl Azərbaycan polisinə yaraşan haldır və cəmiyyətdə onlara qarşı sevgini daha da artırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh