"Galenvagen"nin 300 mininci avtomobili - FOTO

Avtodünya 27 İyul 2017 01:05 Oxunub 3067
"Galenvagen"nin 300 mininci avtomobili - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilib

Azərbaycanda varlı gənclər arasında çox populyar olan "Mercedes-Benz G-Class" ofroderinin 300 mininci nüsxəsi Magna Steyr şirkətinin Avstriyadakı zavodundan çıxmışdır. 40 ilə yaxındır ki, konveyer həyatı sürən ofroderin 300 mininci nüsxəsi mavi rəngə boyanmış kuzova və damında baqaj quraşdırlımış "Mercedes-Benz G500" modeli olmuşdur. Avtomobil qara və ağ dəri ilə işlənmiş salona və 16-düymlük qara rəngli təkər dsiklərinə sahib olub. Bu avtomobil müştəri tərəfindən deyil, Facebook sosial şəbəkəsindəki istifadəçilərin seçiminə əsasən hazırlanmışdır. Ofroder konveyerdən birbaşa xüsusi ekspedisiyaya yollanacaqdır ki, bu səyahətin gedişatını #Gventure300k həşteqi vasitəsilə izləmək mümkündür. 

"Mercedes-Benz G500" modeli 422 at qüvvəsi və 610 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilir. Güc aqreqatı yeddi pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. (autgraph)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh