Bakıda asfalt oğrularının - VİDEO - FOTOları

Xəbərlər 25 Noyabr 2014 16:33 Oxunub 2505
Bakıda asfalt oğrularının - VİDEO - FOTOları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaldırılan problemlə bağlı foto və videolar təqdim edirik

Bakının bəzi yollarında asfalt örtüyünün oğurlanması ilə bəzi təfərrüatlar məlum olub. Anspress-in "qaynar xətti"nə qazılaraq oğurlanmış asfalt örtüyünün fotosu və videosunu göndəriblər. Bu video və fotolar Bakının Badamdar və NZS qəsəbələrində çəkilib. Fotolardan yoldakı asfalt örtüyünün təxminən 20 metr ərazidə qazılaraq götürüldüyü görünür. Bu ərazidə havanın quraq vaxtında elə də problem yaranmasa da yağış yağanda əməlli-başlı palçıq olur. Bu ərazidən keçmək üçün əsl qəhrəmanlıq tələb olunur. 

Xatırladaq ki, anspress-in bir neçə gün əvvəl qaldırdığı problemdə Bakının Badamdar və NZS qəsəbə sakinləri "qaynar xəttə" zəng edərək yolların asfalt örtüyünün oğurlanaraq bir maşını sonradan ucqar məhəllə sakinlərinə 70-80 manatdan satıldığı bildirilirdi. .

Məsələ ilə bağlı “Azəryolservis" təşkilatı və Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Hər iki qurumdan bundan xəbərsiz olduğu bildirilirdi. 

Video və fotoları təqdim edirik:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh