Maşın yoldan çıxaraq aşdı: 4 nəfər xəsarət alıb - Xaçmazda

Qəzalar 24 İyul 2017 13:09 Oxunub 689
Maşın yoldan çıxaraq aşdı: 4 nəfər xəsarət alıb - Xaçmazda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Hülövlü kəndi ərazisindən keçən hissəsində baş verib. "VAZ  21011" markalı avtomaşın idarəetməni itirərək yoldan çıxaraq aşıb. Qəza nəticəsində maşında olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Qalağan kənd sakinləri, 1951-ci il təvəllüdlü Məmmədov Hümbət Məmmədəli oğlu, 1955-ci  il təvəllüdlü İsayev Qaflan Aslan oğlu, 1981-ci il təvəllüdlü Hafizova Mətanət Nurəddin qızı və rayonun Keymərəz kənd sakini, 1960-cı il təvəllüdlü Əzizov Zəbisultan Yunus oğludur.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh